Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz ! -Maska biznesi 

Əli Nağıyev: "Bir insan digərlərinin xəstələyi üzərindən pul qazanmağı düşünürsə, o cəzalanmağa layiqdir"


“Cənab Prezidentin əhaliyə müraciəti olduqca təqdirəlayiqdir. Çünki məhz çətinlik vaxtı möhtəkirliyin olması insan xislətindəki neqativlikləri göstərir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında həkim-psixoterapevt Əli Nağıyev deyib.

Onun sözlərinə görə, hər birimiz Azərbaycan vətəndaşı olaraq ölkə başçısının fikirilərini dəstəkləməliyik:

“Təbii ki, psxioloji və sosial cəhətdən çətin bir zamanda insanların qorxularından istifadə edib maddi xeyir əldə etmək istəyənlərə qarşı Prezidentin mövqeyi sərt olmalıdır. Bu, çox düzgün mövqedir, hər birimiz Prezidentin atdığı addımları alqışlayırıq. Çünki hər zaman insan psixologiyasında vicdanla hərəkət etmək üstünlük təşkil etmir. İnsanların bəziləri vicdansızlıq edirlər. Belə hallarda məhz dövlət rəhbərliyinin kəskin və qəti tədbirləri bu prosesin qarşısını ala bilər. Möhtəkirlər yalnız qorxuya tabe ola bilirlər.

İnsan psixologiyasında bəzi şəxslər üçün qorxu ən keçərli vasitədir. Əks halda müqəddəs kitabımızda bəzi şəxslər cəhənnəm əzabı ilə qorxudulmazdı. Psixoloji cəhətdən bu düzgün yanaşmadır. Çünki bir insan digərlərinin  xəstələyi üzərindən pul qazanmağı düşünürsə, o cəzalanmağa layiqdir. Ona görə də ölkə başçısı bu situasiyaya xüsusi olaraq toxunur”.

Qeyd edək ki, Prezident İlham Əliyev koronavirus epidemiyası ilə bağlı Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı süni qiymət artımı məsələsinə toxunaraq qeyd edib ki, süni qiymət artımına yol verən möhtəkirlər mütləq cəzalanmalıdırlar.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu