Dünyanın ən varlı 100 insanının sərvəti iki ayda 408 milyard dollar azalıb


Dünyanın ən varlı 100 insanının sərvəti COVID-19 pandemiyası fonunda cəmi iki ayda ümumilikdə 408 milyard dollar azalıb. Bu, hər gün 75 milyon dollar itki deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Şanxayın Hurun institutu məlumat yayıb. Məlumata görə, ən çox itkiyə LVMH Moet Hennessy Louis Vuitton korporasiyasının səhmlərinin 47 faizinii əlində cəmləşdirmiş fransız milyarder Bernar Arno məruz qalıb - 30 milyard dollar. Onun sərvəti yanvarın sonundakı 107 milyard dollardan 77 milyard dollara enib.
Amazon şirkətinin baş icraçı direktoru Cef Bezos həmin müddətdə 9 milyard dollar itirsə də, 131 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı şəxsi olaraq qalır.

Bununla eyni vaxtda, Zoom video-konfrans platformasının yaradıcısı Yuan Cjen oz varidatını artıraraq 3,5 milyard dollardan 8 milyard dollara çatdırıb. Zoom səhmlərinin qiyməti iki ayda iki dəfəyə yaxın bahalaşaraq 76 dollardan 146 dollara yüksəlib.

Hurun İnstitutunun yanvar məruzəsinə əsasən, dünyada 2816 nəfər dollar milyarderi vardı. Son iki ayda onların sayı 20 faiz azalaraq 2253-ə enib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu