QHT təmsilçiləri ölkə başçısının əfv qərarını təqdir edirlər


Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Azərbaycan cəmiyyətində müsbət qarşılanıb. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edənlər, ziyalılar, siyasət adamları, vətəndaş cəmiyyəti təmsilçiləri belə bir həssas dönəmdə ölkə başçısının atdığı bu nəcib addımı təqdir edirlər. Elə QHT təmsilçiləri də əfv sərəncamının koronavirusla mübarizə istiqamətində atılmış daha bir addım kimi dəyərləndirirlər.

Ekologiyanın Qorunmasına Kömək” İctimai Birliyinin sədri Sadıq Sadıqov QHT təmsilçilərinin də bu qərardan məmnun qaldıqlarını deyib:

“Azərbaycanda fəaliyyət göstərən QHT təmsilçiləri, dövlətlə birlikdə vətəndaş cəmiyyətinin inkişafına dəstək verməklə yanaşı, ölkədə baş verən ictimai-siyasi proseslərdə də müəyyən mənada yaxından iştirak etmək və münasibət bildirməklə məsuldur. Prezident İlham Əliyevin sərəncamı ilə yaşı 65-dən yuxarı olan məhbusların koronavirusla əlaqədar əfv edilməsini, yaşlılara hörmətin nümunəsi, hər bir vətəndaşın sağlamlığına göstərilən diqqət və qayğı kimi qiymətləndiririk. Cənab Prezidentə humanistlik nümayiş etdirərək məhkum olunmuş şəxsləri əfv etdiyi üçün təşəkkür edirik. Bu xeyirxah addım yalnız əfv edilənlərin yaxınlarını yox, ümumilikdə insanlarımızı sevindirir və ölkədə ictimai barışı, həmrəyliyi daha da möhkəmləndirəcək. Əfv sərəncamının nə qədər böyük sevinc yaratdığını görmək üçün ictimai rəyin öyrənilməsini, sosial şəbəkələrdə cəmiyyətimizin göstərdiyi müsbət reaksiyanı görmək  kifayətdir!”

Paylaş

Bizi Facebookda izləyin
menu
menu