"Əfv sərəncamının imzalanması milli birlik, həmrəylik nümunəsidir" - Akif Aşırlı


Prezident hər zaman humanist addımları ilə məhbusların vaxtından əvvəl azad olunması istiqamətində müxtəlif sərəncamlar verib.
Bunu Publika.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
Baş redaktor bildirib ki, verilən sərəncamlara əsasən çoxsaylı insanlar öz ailələrinə qovuşub:
“Cəzasının yarıdan çoxunu çəkən müəyyən kateqoriyalı insanlar, hansı ki, onların bəzilərinin yaşı imkan verməyib ki, həbs müddətini həbsxanada davam etdirsin, belə insanlar müxtəlif dövrlərdə verilən əfv sərəncamları ilə azadlığa buraxılıb.
Növbəti əfv sərəncamının imzalanması çox mütərəqqi addımdır. Koronavirusun bütün dünyaya ciddi ziyan vurduğu bir dövrdə əfv sərəncamının imzalanması milli birlik, həmrəylik nümunəsidir. Hesab edirəm ki, cənab Prezidentin imzaladığı sərəncam məhbus həyatı yaşayan insanların sağlam cəmiyyətə, öz ailəsinə qovuşmaq üçün verilən ən böyük fürsətdir. Bu hadisəni çox yüksək qiymətləndirirəm və düşünürəm ki, biz bu cür sərəncamları yenə görəcəyik. Məhbuslar da cəmiyyətin problemlərinə həssas yanaşmaq üçün verilən imkandan doğru, dürüst istifadə edəcəklər”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu