“Ermənilərin “seçki şousu" boykot edildi” - Politoloq


“Separatçıların işğal olunmuş Azərbaycan torpaqlarında keçirdiyi qondarma seçki beynəlxalq qurumlara maraqlı deyil” 

“Qarabağdakı “seçkilər” Ermənistandakı daxili siyasi oyunların tərkib hissəsidir” 



“Dağlıq Qarabağdakı qondarma “seçkilər” bir daha göstərdi ki, orada baş verən proseslərin heç bir əhəmiyyəti yoxdur. Çünki beynəlxalq təşkilatlar birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edirlər”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 

Siyasi şərhçi bildirib ki, separatçılar dəfələrlə bu cür saxta “seçkilər” təşkil etsələr də, beynəlxalq aləmin mövqeyi dəyişməyib: 

“Qondarma “seçkilər”ə heç bir beynəlxalq nümayəndə, hətta ermənipərəst dairələrin təmsilçisi belə qatılmadı. Demək olar ki, qanunsuz “seçkilər” beynəlxalq qurumlar tərəfindən boykot olundu. Əsas səbəb kimi koronavirus göstərildi, ancaq bütün hallarda “seçkilər” elektron qaydada müşahidə oluna bilərdi. Lakin bu da baş tutmadı. Deməli, işğal olunmuş ərazilərdə keçirilən şou heç kimə maraqlı deyil”. 



Analitikin fikrincə, Qarabağdakı qondarma “seçkilər” Ermənistandakı daxili siyasi oyunların tərkib hissəsidir: 

““Qarabağ klanı” ilə İrəvan hökuməti arasında rəqabət gedirdi və bu mübarizədə Paşinyan uduzdu. Üstünlük “Qarabağ klanı”ndadır. Yaxın günlərdə İrəvanla “Qarabağ klanı” arasında ziddiyyət daha da arta bilər. Bu da köhnə komandanın daxili siyasətdə güclənməsinə və revanş götürməsinə gətirib çıxara bilər. Ancaq baş verənlərin hamısı ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərəcək”.

 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu