"O kasıb ailəyə 15-20 günlük yardım apardım" - Kamil Zeynallı bağlı qapıları döyür

 
Sosial şəbəkədə "20 gündür balalarım acdır" deyən qadının videosu böyük səs-küyə səbəb olub.

Günəmuzd işləyən Aygün adlı xanım iki uşağı ilə yaşadığını və atasının fiziki qüsurlu olduğunu söyləyib.
Sosial şəbəkədə  yayılan videoya ilk reaksiyanı tanınmış fitnes ustası Kamil Zeynallı verib. Kamil bəy köməyə ehtiyacı olan qadının Sumqayıt şəhərindəki evinə əlidolu yollanıb. Aygün adlı xanım isə Kamil bəyə və ona dəstək olan hər kəsə təşəkkür edib.

Bu barədə "Sherg.az"a danışan idmançı indiyə kimi həmin ailədən xəbəri olmadığını deyib:

"Təkcə mən dünən Bakı kəndlərinə gedib iyirmi ailəyə yardım paylamışam. Komandam isə 150-yə yaxın ailəyə baş çəkib. Dünən çox yorulmuşdum. Ancaq nə oldusa gecə oyandım. "İnstagram"dan gələn mesajları oxudum. Bir nəfər mənə Aygün xanımın nömrəsini göndərib, ailənin köməyə ehtiyacı olduğunu yazmışdı. Zəng etdim, qaldıqları yeri öyrənib onlara da 15-20 günlük yardım apardım. Uşaqları yatırdı. Dedim ki, övladlarınız oyananda qarınlarını doydurarsınız. Evləri çox kasıb idi. Xalça da yox idi. Biz belə vaxtda dövlətə və bir- birimizə kömək etməliyik. Hər şeyi hökumətdən gözləmək olmaz".

                      

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu