ABŞ-da gün ərzində koronavirusdan rekord sayda ölüm qeydə alınıb


Gün ərzində ABŞ-da 33 331 nəfər yeni tip koronavirusa yoluxub, 1 970 nəfər isə həyatını itirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu, gün ərzində ölüm sayına görə rekord sayılır.

Virusa yoluxanların ümumi sayı isə 400 mini ötüb. Ümumi ölənlərin sayı isə 12 841 nəfərdir.

Qeyd edək ki, yoluxma halına görə ABŞ dünyada birinci, ölüm hallarına görə isə İtaliya və İspaniyadan sonra üçüncü sıradadır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu