Heç bir dövlətin və beynəlxalq qurumun tanımadığı “seçki şousu”...  - AKTUAL

"İşğal olunmuş Dağlıq Qarabaqda yaşayanlar Ermənistan üçün spekulyasilar vasitəsidir”




“Koronovirusla bağlı qarışıqlıqdan istifadə edib, Ermənistan öz çirkin əməllərini davam etdirir. Bütün dünyada koronovirusa görə referendumlar, şeçkilər təxirə salındı, amma işğalçı ölkə öz vətəndaşlarını böyük risk altına ataraq “seçki şousu”nu həyata keçirdi”.
Bu sözləri “Sherg.az”a  açıqlamasında "Milli.az" saytının baş redaktoru,  siyasi ekspert Anar İmanov deyib.
Onun sözlərinə görə, heç bir dövlətin və beynəlxalq qurumun tanımadığı “seçki” sadə insanların təhlükəyə atılmasından başqa bir şey deyil:

“Bir çox dövlətlər və beynəlxalq qurumlar bu şounu kəskin şəkildə tənqid etdi, pislədi. Ermənistanın özündə də bu “seçkilərə” qarşı çıxanlar oldu. Hər kəs başa düşür ki, ölkənin baş naziri Nikol Paşinyanın məqsədi marionet rejimin başına öz adamını gətirməkdir. 
Ermənistan siyasətçiləri bir daha bütün dünyaya göstərdi ki, işğal olunmuş Dağlıq Qarabaqda yaşayanlar onlar üçün sadəcə spekulyasilar və öz maraqlarını təmin etmək üçün bir vasitədir. Ermənistana təzə rəhbərlər gələndə bəzi politoloqlar düşünürdü ki, nəhayət, Azərbaycan torpağlarının işğalına son qoyulacaq və sülh danışıqlar yolu ilə problem həll olunacaq. Amma Paşinyan və onun komandası bu ümidləri öz səriştəsiz siyasətləri ilə dəfn etdi. Hazırda təzə hakimiyyət də bütün yollarla status-kvonun saxlanılması üçün çalışır. Halbuki, tam əksinə, Ermənistan və onun rəhbərləri başa düşməlidir ki, bu yol onları müharibəyə aparır. Görünən odur ki, sülh yolu ilə Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını azad etmək istəmir. Və bununla da anti-terror əməliyyatın keçirilməsi üçün zəmin hazırlayır. Ermənistan bunu gec-tez dərk etməlidir. Çünki aqressorun başqa yolu yoxdur...”

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu