Rusiya Suriyada hərbi gücünü artırdı

Rusiya Suriyanın şimalında hərbi gücünü artırır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Rusiyaya aid 50 hərbi konvoy ötən gün Ər-Rakkanın Ayn-İsa qəsəbəsindən yola düşərək Qamışlı bölgəsinə hərəkət edib.
Zirehli və şəxsi heyəti daşıyan nəqliyyat vasitələri ilə tanklardan ibarət konvoy Qamışlı hava limanındakı Rusiyaya məxsus hərbi bazaya yerləşdirilib.
Məlumata görə, Rusiyanın qəsəbənin şərqindəki ABŞ ordusunun olduğu Rümeylan neft mədənləri istiqamətində təzyiqi artıracağı gözlənilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu