“Beş aylıq hamilə olan məktəbli sığınacağa gətirilir” – Psixoloji durumu...

“Bəzi jurnalistlər gəlib çəkiliş aparmağa maraq göstərəcəklər, lakin buna qətiyyən yol verilməyəcək” 



Lerik rayonunun Kiravud kəndində məktəbdə işləyən rus dili müəllimi şagirdini zorlayıb. Hazırda şagirdin beş aylıq hamilə olduğu bildirilir. Ş.Məmmədov şübhəli şəxs qismində həbs olunub.

Məlumatlara görə, cinayətin qurbanı 2003-cü il təvəllüdlü kənd sakinidir. O, şübhəlinin əmisi oğlunun qızıdır. Bəzi KİV-lər məktəblinin müəllimi tərəfindən dəfələrlə təcavüzə məruz qalması ilə bağlı xəbər yayıblar. 

Hüquq-mühafizə orqanları yayılan məlumatın həqiqətə uyğun olmadığını qeyd edərək əsl hadisəni danışıb. Zərərçəkən hüquq-mühafizə orqanı işçilərinə gizlicə, öz istəyi ilə keçmiş müəllimi ilə dəfələrlə görüşdüyünü və onunla öz istəyi ilə cinsi əlaqəyə girdiyini deyib.

Hüquq-mühafizə işçiləri bütün bunların kişini cinayət məsuliyyətindən azad etmədiyini qeyd ediblər, çünki o, yetkinlik yaşına çatmayan biri ilə cinsi əlaqədə olub. Məlum olub ki, zərərçəkən 9-cu sinifdən sonra məktəbə getməyib. Qızın hamilə olduğunu anası aşkar edib və bu barədə polisə xəbər verib. Məktəblinin Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda şagirdin sığınacağa gətirilməsi üçün danışıqlar aparılır. Onun sözlərinə görə, zərərçəkən bu gün sığınacağa gətiriləcək:

“Məlumdur ki, yolların bağlı olması ilə əlaqədar olaraq icazə proseduru var. Bu baxımdan yəqin ki, qız sığınacağımıza bir neçə saata gəlib çatacaq. Sonra isə onun psixoloji durumu ilə bağlı ümumi rəy verə bilərəm. Amma qızla görüşməyə heç kimə imkan verməyəcəm. Bəzi jurnalistlər gəlib çəkiliş 
aparmağa maraq göstərəcəklər, lakin buna qətiyyən yol verilməyəcək”. 

M.Zeynalova hazırda qızın hamilə olması faktını da təsdiqləyib:
“Bəli, məktəbli hazırda 5 aylıq hamilədir. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məlumat yayıb”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu