İclasa qatıla bilməyən yaşlı deputatlar DANIŞDI: “Yəqin, fikirlərimiz nəzərə alınacaq”

Xəbər verdiyimiz kimi, yeni Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə koronavirusla mübarizəyə dair parlamentdə məqsədyönlü işlər aparılır. Yaşı 65-dən yuxarı olan millət vəkilləri iclasda iştirak etmirlər. Milli Məclisdə idarəetmə stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Milli Məclis rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir. İclaslarda isə yaşı 65-dən yuxarı deputatlar iştirak etməyəcək. Onların sayı isə 31 nəfərdir.
Məlumat üçün bildirək ki, sabah Milli Məclisin plenar iclası keçiriləcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. Hesabatı Baş Nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.

Maraqlıdır, görəsən taleyüklü məsələlərin müzakirəsində yaşlı deputatların iclaslara qatıla bilməməsi onlarda hansı hiss və emosiyanı doğurur?  




Sualımızı cavablandıran millət vəkili, “Ana Vətən Partiyası”nın sədri  Fəzail Ağamalı “Sherg.az”a açıqlamasında bildirib ki, sabahkı iclasa qatılmayacaq və burada mənfi heç nə yoxdur:

“Çünki onlayn formada komitəmizin yığıncaqlarını keçirib orada layihələri təqdim edərək oxuyub müzakirə edirik. Burada hər hansı bir sıxıntı yoxdur. Sabahkı yığıncağın da gündəliyinə baxıb təbii ki, fikirlərimizi bildirəcəyik. Eyni zamanda siyasi partiyalarla Milli Məclisin rəhbərliyi arasında bir qrup yaradılıb. Fikirlərimizi qrupda da bildirəcəyik. Yəqin ki, yanaşmalarımız nəzərə alınacaq. Bu zaman yazılı şəkildə yaxud onlayn formada çıxışımızı edəcəyik. Fikrimcə, hələlik iclasın format baxımından fərqi var, mahiyyət eyni olaraq qalır. Təbii olaraq hər zamankı kimi proseslərin içərisindəyik. Burada hər hansı bir mənfilik və ciddi çatışmazlıq görmürəm”.



Millət vəkili Vahid Əhmədov qanunun hamı üçün eyni olduğunu bildirib:

“İclasa keçən dəfə də qatılmadım. Sabah da qatılmayacam. Qoyulan qaydalara riayət etmək məcburiyyətindəyəm. Burada mənfi nəsə yoxdur

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu