REAKSİYA: “Bir yarışmaya görə türk xalqını ittiham etməyin!” - Ağır fəsad...!

“Pərvizin özü də bunu istəməz. Sosial şəbəkələrdə bu istiqamətdə təbliğat aparmaq iki qardaş ölkəni istəməyən qüvvələrin xeyrinə işləyir”


Türkiyə ilə yanaşı, Azərbaycanda da maraqla izlənilən  “Survivor” yarışmasını bu dəfə həmyerlimiz idmançı- "Kobra" ləqəbli Pərviz Abdullayev tərk edib.  “Məşhurlar” komandasının iştirakçısı olan həmyerlimiz SMS səsverməsində 6-cı yerdə qərarlaşaraq yarışmadan uzaqlaşdırılıb. Və hazırda bu mövzu sosial medianın Azərbaycan seqmentində ciddi müzakirələrə səbəb olub. 
Bir çoxları məsələni siyasiləşdirərək, bunu Azərbaycana qarşı təxribat kimi qiymətləndirir. Və hətta bir az irəli  gedərək bu iki qardaş ölkə arasında nifaq tolxumu səpə biləcək təkliflərlə çıxış edirlər. 
Zərərli iddialara cavab verən diaspor üzrə araşdırmaçı ekspert, tanınmış jurnalist Elnur Eltürk "Sherg.az" a açıqlamasında bir millət, iki dövlət nifaq toxumu səpmək istəyənlərin olduğunu bildirib: 

"Pərviz yaxın dostumuzdur. Onun iştirakı və mədəniyyəti, tərbiyəsi göz qarşısındadır. Hansısa yarışmaya görə türk xalqını, Türkiyəni ittiham etmək düzgün yanaşma deyil. Bu, xoşagəlməz fəsadlar verər. Pərvizin özü də bunu istəməz. Sosial şəbəkələrdə bu istiqamətdə təbliğat aparmaq iki qardaş ölkəni istəməyən qüvvələrin xeyrinə işləyir. Bu, bir yarışdı. Unutmaq olmaz ki, həmin cəmiyyət "O səs Türkiyə" yarışmasında Elnur Hüseynovu qalib edib. Bir yarışmaya görə tarixi, strateji, iqtisadi və mədəni əlaqələrimizə zərbə vurmaq olmaz. Türkiyə yeganə dövlətdir ki, Qarabağ məsələsi ilə bağlı beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Türk diplomatları işğal faktını erməni diplomatlarının üzlərinə deyirlər. Türkiyə Azərbaycana bir mənalı dəstək verir. Türkiyə cəmiyyətində "Türkiyənin yaxın dostu hansı dövlətlər hesab edilir" başlıqlı sorğularda birinci Azərbaycan gəlir. Bunu edən türk insanıdır. Türkiyənin təhsil sahəsində də Azərbaycana verdiyi dəstək göz qarşısındadır. Bu günə qədər on minlərlə insanımız Türkiyədə təhsil almaq imkanı qazanıb".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu