Azərbaycanda daha 19 nəfər koronavirusdan sağaldı - RƏSMİ


“Azərbaycanda 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı səkkiz nəfərdir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu rəqəmlərin içərisində Naxçıvanda aşkar olunan hallar da var:

“Bu gün 19 nəfər sağalaraq evə yola salınıb. Ümumilikdə, ölkədə 822 nəfər koronavirusa yoluxub. Ümumi sağalanların sayı 63 nəfərdir.

Azərbaycanda 751 aktiv koronavirus xəstəsi var. Bu günə qədər 53 mindən artıq test edilib. Ötən günlərlə müqayisədə yoluxma hallarının sayı artır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu