Kasıba yardım, yoxsa özünüreklam kampaniyası?! – Daha “sağ əlin etdiyini sol əl bilir! “

Fazil Mustafa: “Bu, mədəniyyət məsələsidir. Yanaşma kökündən dəyişilməlidir"


Son vaxtlar koronavirus pandemiyası ilə əlaqədər müxtəlif ictimai-siyasi xadimlərin, idmançıların, həmçinin imkanlıların dəstəyə ehtiyacı olanlara kömək etdiklərini görürük. Onlar kasıb ailələri sevindirir, ardınca isə bu haqda sosial şəbəkələrdə məlumat yayır, hətta yardım etdiyi şəxsin fotosunu paylaşırlar. Buna ehtiyac varmı?

Bəs "Sağ əlin etdiyini sol əl bilməz" misalı harda qaldı?



Məsələ ilə bağlı "Sherg.az"a danışan millət vəkili Fazil Mustafanın fikrincə, bu, elə də pis təşəbbüs deyil: 
"Həmin adamlar bunu ictimailəşdirməklə digərlərinə nümunə olurlar. Ona görə də məsələyə müsbət prizmadan yanaşmaq lazımdır. Sadəcə, insanları zorla nəyəsə məcbur etmək olmaz. Bu, dindar adamın ateisti Allahın varlığına inanmasına məcbur etməsinə bənzəyir. Ola bilsin, imkanlar fərqlidir. Həmçinin deyim ki, ehtiyacı olmayanlar yardımdan daha çox istifadə etməyə çalışır, nəinki imkansızlar. Çünki bu, mədəniyyət məsələsidir. Yanaşma kökündən dəyişilməlidir".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu