Meyxanaçı bacısı oğlunun intiharından DANIŞDI: “Kaş elə qız söhbəti olaydı”

Ələkbər Yasamallı: “Bir səbəb olaydı, bilərdik ki, niyə belə oldu. Hələ ki xəbər vermirlər”

Ustad meyxanaçı Ələkbər Yasamallı zaman-zaman verdiyi açıqlamalarla gündəmə gəlir. Bir neçə ay əvvəl isə meyxanaçının ailəsindən üzücü xəbər aldıq. Əsgərlikdən yeni gəlmiş bacısı oğlu özünü asaraq intihar edib. Səbəbi isə ailəsi üçün müəmmalı olaraq qalıb. Mediada  intihar səbəbi ilə bağlı müxtəlif  məlumatlar yayılsa da Ələkbər Yasamallı heç birini təsdiqləməyib. 

Biz də "Sherg.az" olaraq tanınmış meyxanaçı ilə əlaqə saxlayıb, həm hazırda gündəm olan koronavirus pandemiyasından, həm də ağır itkisindən danışdıq.  Xüsusi karantin rejiminin insanların yaxşılığı üçün tətbiq edildiyini söyləyən Ə.Yasamallı qeyd etdi ki, dövlət xalqı düşünür:

“İstəyirlər ki, virus geniş yayılmasın. Hər kəs öz ailəsini karantin rejiminə alsa, yaxşı olar. Mənim üçün elə də darıxrdırıcı keçmir. Köhnədən qalan yazılarım var, yarımçıq qalan işlərimi tamamlayıram. Evdə  təmir işlərimiz var, onlarla məşğul oluram. Allah millətimizi qorusun. Tezliklə koronavirusa qalib gələk. 

“Ağamirzə, Namiq Qaraçuxurlu, Mehman Əhmədli  kimi tanımış meyxana deyənlərin  “Evdə qal” kampaniyasına dəstək layihəsində nə üçün yer almamısınız ?” sualına gəlincə, Ələkbər müəllim ilk təklifin ona gəldiyini söylədi:

“Mədəniyyət Nazirliyindən ən birinci təklif mənə gəldi. Amma işlərimlə əlaqədar alınmadı, vaxtım olmadı. Dedilər ki, iki- üç nəfərlə evdə meyxana demək lazımdır. Sözün açığı yalançı çıxdım yanlarında. Bir az utandırıcı oldu, gərək bağışlasınlar.

Nəhayət, özümü toparlayıb ustadın bacısı oğlunun intihar səbəbini soruşdum. Meyxanaçı məsələnin onlar üçün də qaranlıq qaldığını vurğuladı :
“Sual olaraq qalıb. Valideynləri də, mən də nigaranıq. Hərə bir səbəb yazdı. Dedilər ki, guya qız məsələsidir. Allaha and olsun ki, qız söhbəti deyil. Prokurorluq da araşdırır. Bizə də müəmmalı qaldı. Kaş ki elə qız söhbəti olaydı. Bir səbəb olaydı, bilərdik ki, niyə belə oldu. Hələ ki xəbər vermirlər”.

Ə.Yasamallı bu ağır ölüm hadisəsi ilə  bağlı dezinformasiya yayaraq müxtəlif səbəblər yazanlara da münasibət bildirdi:

“Onların vicdanına qalıb. Gərək,  vicdanları ilə üz-üzə qalsınlar. Düşünsünlər ki düz yazırıq ya yox.  Nə deyə bilərəm ki, bir Allahları bilər, bir də özləri...”

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu