Avropa İttifaqı koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıb


Avropa İttifaqı koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro dəyərində yardım edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı məlumat yayıb.

Bundan əlavə, Avropa İttifaqı Ukraynanı Donetsk bölgəsindəki Təcili Tibbi Mərkəz üçün avadanlıq, 100 dəst fərdi qoruyucu vasitələr və 70 litr antiseptik maye ilə təmin edib.

Avropa İttifaqı, ümumilikdə koronavirusla mübarizə üçün tərəfdaş ölkələrə 15 milyarda avro vəsait ayırıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu