Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin

COVID-19-dan qorunmaq üçün alış-verişdən sonra təmizliyə diqqət etmək lazımdır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı təlimatda bildirilib.
Qeyd edilib ki, alınan qida məhsulları mətbəxə yerləşdirildikdən sonra əlləri, mətbəx mebelini və digər səthləri yumaq lazımdır.

Bundan əlavə, su keçirməyən materiallarla qablaşdırılmış qida məhsulları sabunlu su ilə yuyulub durulandıqdan sonra soyuducuya yerləşdirilməlidir.

Sərt qabıqlı meyvələri fırça və ya əl ilə axar ilıq su altında, göyərtiləri isə duzlu-sirkəli məhlulda 10-15 dəqiqə saxladıqdan sonra yuyub istifadə etmək olar. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu