ABŞ koronavirusla mübarizə üçün Türkiyədən kömək istədi

Türkiyə koronavirusla mübarizə üçün kömək istəyən 93 ölkədən 32-ə yardım edib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, ABŞ səfirliyi də bir sıra tibbi ləvazimatların idxalı üçün Türkiyə hökumətinə müraciət edib. Xarici İşlər Nazirliyi vasitəsilə Sənaye və Texnologiya və Ticarət nazirliklərinə göndərilən siyahıda aşağıdakı məhsullar tələb olunur:
“Çarpayı, N95 maska, əlcək, eynək, ventilyator, mobil rentgen sistemi, antibiotiklər, morfin, spirli dezinfeksiya məhlulu, adi dezinfeksiya, ev dezinfeksiyası üçün məhlul, cərrahi sabun, xlorid, meyit torbası, nəfəsyolu cihazı, cərrahi maska, oksigenli üz maskası, təziyqölçən aparat, tibbi çantalar və s”.
Həmin vasitələrin ABŞ tərəfindən satın alınacağı, yaxud başqa məhsullarla dəyişdiriləcəyi bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu