Rusiyada koronavirusa yoluxanların sayı 10 mini keçib


Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı 10 min nəfəri keçib.

AZƏRTAC xəbər verir ki, ölkədə ötən gün ərzində 1459 yeni yoluxma faktı aşkar edilib və ümumilikdə xəstələrin sayı 10 min 131 nəfər çatıb. Gün ərzində 13 xəstə ölüb, 118 nəfər sağalıb. Ən çox yoluxma halı Moskvada (857 nəfər) qeydə alınıb.

İndiyədək Rusiyada COVİD-19 xəstəliyindən 698 nəfər sağalıb, 76 nəfər ölüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu