Koronavirus testindən hamı keçə bilər? - "Nümunə götürülən insan..." - ŞƏRTLƏR AÇIQLANDI

Azərbaycanda gün ərzində müxtəlif sayda insan koronavirus testindən keçirilir. İnsanlar hansı hallarda testdən keçirilir? İstənilən şəxs ödənişsiz şəkildə testdən keçə bilərmi?

TƏBİB-dən Lent.az -a bildirilib ki, əvvəlcə testdən keçirilənlər əvvəlcə karantində olanlar idi: "Kim istərsə, heç bir əlamət olmadığı halda testdən keçə bilmir, ancaq özündə əlamət hiss edənlər müəyyən prosedurlardan sonra müayinə edilir. Əvvəlcə karatində olanlar testdən keçirilirdi və nəticəsi pozitiv olanlar xüsusi rejimli xəstəxanaya yerləşdirilirdi. Digərlərinin karantin rejimi davam edirdi.

Karantində olmadığı halda digər testdən keçirilənlər isə özləri təcili yardıma zəng edənlərdir. Həmin adamlar özlərində bəzi əlamətlər hiss edəndə 103 və 11 3-ə zəng edirlər, sual-cavab aparılır və çağırış qəbul olunarsa, həmin evə gedilir və həkimin müayinəsindən sonra nümunə götürülüb-götürülməməsinə qərar verilir. Nümunə götürülən insan karantinə aparılmır, cavablar çıxana qədər evdə karantin tətbiq olunur. Cavabdan sonra əgər cavab müsbət çıxarsa, həmin adam xəstəxanaya aparılır. Əks halda, adi soyuqdəymədən evdə müalicə tövsiyə olunur".

TƏBİB-dən o da bildirilib ki, təcili yardıma zəng edib müayinəsinə qərar verilənlərin müayinəsi pulsuz aparılır: "Müayinənin dövlətə neçəyə başa gəldiyini isə açıqlaya bilmərik".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu