Qitələr üzrə koronavirusun yayılma STATİSTİKASI

Pandemiya elan edilən koronavirus ən çox Avropa qitəsində yayılıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
“Köhnə dünya”da 747 042 nəfər virusa yoluxub. Ölənlərin sayı 61 313 nəfər təşkil edir.
İkinci sırada olan Şimali Amerikada 464 888 nəfər koronavirusa yoluxub, 15 678 nəfər ölüb.
Koronavirusa yoluxanların sayına görə, qitələr arasında üçüncü yeri Asiya tutur. Bu qitədə 253 659 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 9 539 nəfərdir.
Cənubi Amerika 35 528 yoluxma, 1 399 ölü sayı ilə siyahının dördüncüsüdür.
Afrikada isə 11 986 yoluxma, 576 ölü sayı qeyd edilir.
Okeaniya ərazisində yoluxma sayı 7 429, ölənlər 52 nəfərdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu