"Bərbərlərə də yardım edilsə, özlərini təhlükəyə atmazlar” - Sosioloq


Koronavirus pandemiyası ilə əlaqədər ölkədə bir çox ictimai iaşə obyektlərinin, o cümlədən bərbərxanaların fəaliyyəti dayandırılıb.

Buna baxmayaraq, bərbərlər yenə də gizli yolla işlərini davam etdirməyə çalışırlar. Düzdür, çoxu  obyektlərinin qapısını müştərilərinin üzünə taybatay aça bilmir, amma cəhd edənlər var. Nədir onları buna - həyatları ilə oynamağa, hökumətin qaydalarına tabe olmamağa məcbur edən? Sadəcə maddiyat? İş sevgisi, yoxsa vərdiş?

  “Sherg.az”ın bu sualına aydınlıq  gətirən  sosioloq  Sahib Altayın fikrincə, bu, onların özəl sektor nümayəndələri olmaları ilə əlaqədardər:

“Azərbaycan insanının üç fərqli gəlir sahəsi var- dövlət işi, özəl sektor, bir də təsərrüfat və günəmuzd əmək fəaliyyəti. Əlbəttə, karantin rejimi ən çox özəl sektorda çalışanlara təsir edir. Onlara aşbazları, restoran işçilərini, taksi sürücülərini misal göstərmək olar. Bərbərlər də belə peşə sahiblərindən biridirlər. İndi həmin insanlar gəlirsiz qalıblar, ailələrini dolandırmaqda çətinlik çəkirlər. Düzdür, dövlət elan edib ki, bir qrup insana 190 manat yardım edəcək. Amma özəl sektorda çalışanların çoxu göstərilən meyarlara uyğun deyil. Ona görə də təbii ki, işsiz qalan və dolayısı ilə evinə pul daxil olmayan ailə başçısı bir müddət sonra karantin rejimini pozmalı olur. Bu nöqteyi-nəzərdən vətəndaşı da başa düşmək lazımdır. Heç kim könüllü şəkildə özünü təhlükəyə atmaq istəməz. Deməli, məcburiyyət var. Bəlkə, həmin insanlara da yardım edilsə, karantin rejiminə tam əməl olunar”.

                                                                                       

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu