... Və kabus sona çatır: AVROPADAN ARDICIL XOŞ XƏBƏRLƏR GƏLİR


 Dünyanın gözlədiyi ən gözəl xəbərlər Avstriya və Çexiyadan sonra Almaniyadan və İspaniyadan gəlir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da bir gündə 1940 ölüm hadisəsi yaşanıb və ölkənin itkilərinə görə bir neçə gün içində ilk sırada yer alacağı gözlənilir. Rusiyada epidemiya sürətlə yayılır, bu həftə ardıcıl olaraq dörd gündür yoluxma halları 10 mindən çoxdur. 

Avropanın hər yerində isə koronavirusunun yayılma sürəti getdikcə azalır, müxtəlif ölkələr məhdudiyyətləri ehtiyatla yumşaldırlar.

Avstriyada və Çexiyada kiçik mağazalar açılacaq və Danimarkada aprelin 15-də məktəblərin başlayacağı bildirilir.

Almaniyanın Səhiyyə naziri Jens Spahn, müsbət tendensiya davam edərsə, həftə sonu Pasxadan sonra '' həyat tədricən normala qayıda bilər '' deyib.

Ən çox təsirlənən ölkələrdə də nikbin olmağın bəzi səbəbləri var. İtaliyadan gələn xəbərlərə görə, məhdudiyyətlər 4 maydan sonra rahatlaşdırıla biləcək. İspaniyanın Baş naziri Pedro Sançes parlamentdəki çıxışında ölkənin nəhayət epidemiyanın ən pis nöqtəsini keçdiyini söyləyib.

Bununla birlikdə, insanlar Pasxa həftəsonu, yaxınlarını ziyarət etdikləri zaman narahatlıqlarını qoruyur. Portuqaliya xalqına rəsmi sənədlər olmadan məhəllələrini tərk etməyi qadağan edib.

AB hələ də baş vermiş iqtisadi böhranla necə mübarizə aparmaq barədə razılığa gəlməyib. Maliyyə nazirləri bu gün bir xilasetmə planını razılaşdırmaq üçün telekonfrans keçirəcəklər.

İtaliyanın Baş naziri Cüzeppe Konte, ölkəsindəki komendant saatının  aprel ayının sonunadək yumşaldılacağını söyləyib.

"Alimlər təsdiq etsə, bu ayın sonunadək bəzi tədbirləri azad edə bilərik" deyə Conte BBC-yə bildirib.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu