İqtisadçı nikbindir: Daha süni qiymət artımı olmayacaq

 Koronavirus pandemiyası dünya ölkələrində olduğu kimi, Azərbaycanda da tibbi maskaya tələbat yaradıb.

Bunu nəzərə alan Prezident İlham Əliyev bir neçə gün əvvəl Sumqayıtda tibbi maska istehsal edən müəssisənin açılışında oldu.  O, açılış zamanı süni qiymət artımı məsələsinə də xüsusi toxunaraq, indiki halda satış qiymətini dəfələrlə artıranların dövlətə xəyanət etdiklərini bildirib. Prezident, həmçinin vurğulayıb ki, süni qiymət artımına yol verənlər sərt şəkildə cəzalanacaqlar. 

 Məsələ barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bundan sonra süni qiymət artımına şərait yaranmayacağını deyib:


“Pandemiya ilə əlaqədər dünyada tibbi maskaya tələbat ildırım sürətilə artdı. Bu şəraitdən istifadə edən işbazlar da tapıldı. Bir çoxları bilərəkdən qıtlıq yaradır, tibbi  ləvazimatları ambarlarda saxlayır və əllərində olan malı dəfələrlə baha qiymətə satırdılar. Ancaq süni qiymət artımına qarşı mübarizə aparmaq dövlətin əsas prioritetlərindən biridir. Odur ki, dövlət başçısı Sumqayıtda tibbi maska istehsal edən müəssisəni istifadəyə verdi. Çünki sözügedən mənfi tendensiyanın qarşısını inzibati yolla almaq mümkün deyil. İnanıram ki, daha süni qiymət artımı olmayacaq”.
                        
                                                                   

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu