Hər bir vətəndaş dərk etməlidir ! - “Özünü təcrid olmasa, proses uzanacaq”

“Bu da dövləti əlavə yükləməklə yanaşı, özünü, doğmalarını, bütövlükdə millətin gələcəyini təhlükə altında qoyacaq”


“Koronovirus pandemiya halına keçəndən sonra dünyanın bir çox ölkələrində, hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə belə sürətlə yayılaraq idarə olunmaz vəziyyətə çatdı”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, Amerika Birləşmiş Ştatları, İtaliya, İspaniya kimi güclü ölkələr, soyuq münasibətdə olduqları, müxtəlif sanksiyalar tətbiq etdikləri digər ölkələrdən yardım istəyirlər: 

“Ancaq onlarla müqayisədə Azərbaycanda proseslərin nəzarətdə saxlanması, xəstəliyin kütləvi hal almaması, qabaqlayıcı tədbirlərin vaxtında görülməsi bilavasitə cənab Prezident İlham Əliyevin apardığı hərtərəfli düşünülmüş siyasətin nəticəsidir. Bu sahədə dövlət öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Ancaq koronovirusun spesifik xüsusiyyəti ondan ibarətdir ki, harada olmağından asılı olmayaraq, qaydalar hamı üçün eynidir. Hər bir vətəndaşımız ciddi şəkildə dərk etməlidir ki, özünü təcrid olmasa və yaşadıqları yerdən bayıra çıxsalar, proses uzanacaq. Bu da dövləti əlavə yükləməklə yanaşı, özünü, doğmalarını, bütövlükdə millətin gələcəyini təhlükə altında qoyacaq. Bütün vətəndaşlarımızdan təkidlə xahiş edirəm. Evdə qalın, bu adi məsələ deyil, məsələyə barmaqarası baxmayın. Əgər, ümummilli birlik olarsa, biz tezliklə bu bəlaya qalib gələrik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu