Əfv örnəyi: “Prezident daim insanların taleyini düşünür” 

Ölkəmizdə koronavirusla mübarizə tədbirləri davam edir. Prezident İlham Əliyev xüsusi karantin rejimi ilə əlaqədar mühüm fərman və sərəncamlar imzalayır. Və bütün bunlar  vətəndaşlarımıza göstərilən qayğını ən bariz sübutudur. Həmin fərmanlardan biri də pandemiya ilə bağlı yaşı 65-dən yuxarı olan məhkumların əfvi oldu.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Fərmanla bağlı fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti  Rauf Zeyni bildirib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident  Mehriban xanım Əliyeva hakimiyyətdə olduqları müddət ərzində daim humanizm siyasətini, milli, bəşəri və mütərəqqi düşüncələrini davam etdiriblər:

“Bu illər ərzində nə qədər əfv fərmanı imzalanıb. Cəza siyasətinin humanistləşməsi ilə əlaqədar olaraq ölkə başçısının fərman və sərəncamlarının hamısı siyasətimizin mərkəzində vətəndaşların dayandığını göstərir. Bütün məqamlarda vətəndaşa xidmət vacib məsələdir.

Dünyanı cənginə alan koronavirus probleminin aradan qaldırılmasına dair atılan addımlar və görələn tədbirlər sonuncu əfv fərmanında özünü göstərdi. Yaşı 65-dən yuxarı olan 176 məhkumun cənab Prezident tərəfindən əfv edilməsi bir daha onu göstərdi ki, ölkə başçısı hətta bu məqamda insanların taleyini düşünür. Bu fərmanla məhz 176 məhkumun azad edilməsi bilavasitə ölkəmizdə və dünyada Prezidentimizin məfkurəsini göstərdi. İstənilən halda prezidentimiz insanlığa xidmət etməyi düşünür. Bu, çox ciddi məsələdir.
Fikrimcə, bir çox rəhbərlər Prezidentimizdən ibrət götürməlidirlər. Çünki ölkə başçısı belə örnəyi yarada bilib. Bu, onun düşüncəsi, əqidəsi və məfkurəsindən  irəli gəlir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu