Fransadan xəbər var, bu bəlkə də müjdədir - Korona üçün effektli müalicə  

Bu gün (10 aprel) fransızlar və xristianların “müqəddəs cümə”sidir və ən vacib dini günlərindəndir. 
Ancaq, mövzu din deyil, bütün planetin üzərində fırtına kimi əsən, müqəddəsmi, ya müxənnətmi olduğuna isə gələcək nəsillərin qərar verəcək olduğu, təbiətin “möhtəşəm” varlığı,  "COVİD-19" virusudur. 

"Sherg.az" xəbər verir ki, həftələrdir “koronavirusun çarəsi var” deyib, bütün elm adamlarını qarşısına alan alim, mətbuatın gündəmindən düşməyən professor Didier Raoult (az. Didie Rault), axır ki, öz təcrübələrinin rəsmi hesabatını açıqlayıb. Bunu da şəxsən Marsel şəhərinə, onun ziyarətinə gələn Prezident Makrona təqdim edərək paylaşıb. Yəni, söhbət adi bir elm adamından getmir.

“92 faiz xəstələr müalicədən uğurlu çıxıb”. 

Belə iddia edir, Doktor Rault. O, Fransanın dünyada ən tanınmış infeksiologiya alimləri sırasında olan birisidir və ölkənin bu sahədə ən böyük tədqiqat mərkəzinin direktorudur : Marsel Aralıq dənizi İnfeksioloji Mərkəzinin. Xüsusi stili, özünəməxsus xarizması olan Rault, öz həmkarları arasında ciddi fikir ayrılıqlarına səbəb olan, üsyankar şəxsiyyət imici olan biridir. O, milli Ali Elmi Şuranın qapısını çırparaq çıxacaq qədər çılğın bir elm adamıdır. 
Söhbət hansı çarədən gedir ? 

Onun müalicəsi tibb aləmində illərdir məlum olan 2 əlacın birləşməsi :  HCQ kodlu Hidroksi-xlorokin və AZ kodlu Azot-rimisinin (bu sonuncu isə dünyaca tanınan “Eritromisin” dərmanının törəməsidir), kombinasiyalı, birlikdə istifadəsiylə aparılır. Elm adamının öz açıqlamasına əsasən, bu HCQ - AZ cütlüyü koronavirusa qarşı “effektli və etibarlı” nəticə verir.  
Hesabatda bildirilir ki, 39 000-dən çox yoluxmuş fərdin arasından 1061 pasiyent seçilib, üzərində təcrübə və müşahidə aparılmışdır.

Onlardan 973-ü 10 gün içərisində viroloji müalicədən çıxmışdır. Yəni, sağalmışdır. 
Yerdə qalanlardan 47 nəfəri 15 günə sağalmışdır. 
Yalnız 46 xəstədə nəticə xoşa gəlməzdir və onlardan sadəcə, 5 nəfəri həyatını itirmişdir. Yəni 1000 nəfərdən yalnız 5-i xilas edilə bilməmişdir, 0.5 faiz. 

Həyatını itirən xəstələrin ən gənci 74 yaşındadır. 
Bu 92 faizlik xalis uğur deməkdir.  Gecikmə ilə xilas olanları daxil etdikdə isə 96 faizlik bir müvəffəqiyyət alınır.  Yerdə qalanlar isə, hələki müalicəyə davam edirlər. 
Əsas risk sayılan, xlorokinin mənfi nəticəsi kimi ehtimal edilən kardio - toksik effekt (bu, ürəyi gücdən salan bir zəhərlənmə növüdür- Q.N.) isə qeyd olunmamışdır. Onun müalicə təklifinə qarşı ən çox işlədilən arqument isə elə bu idi. Ancaq, alim Raultun dediyinə görə məsələ doza fərqindədir və ürəyə zərər verə biləcək dozaya çata bilmək üçün bu kombinasiyanın uzun müddət işlənməsi lazımdır və 10-15 gün ərzində qəbul edilən dozanı bədən rahatlıqla götürə bilir. 

Qeyd edək ki, Didie Raultun həftələr öncə etdiyi bu təklif ciddi qəbul edilmirdi. Belə ki, o ənənəvi elmi protokollara riayət etmədən müalicəyə başlamışdı. Ancaq, onun cəmiyyət içindəki şöhrəti və öz klinikasında apardığı uğurlu təcrübələr onda xüsusi bir özünə-əminlik yaradırdı və o, ilk başdan mətbuatla və siyasi dairələrlə ünsiyyət saxlayaraq öz təklifini təkidlə müdafiə edirdi. 
Sırf bu təkidlərin sayəsində, nəhəng tədqiqat proyekti olan “Discovery”-nin (bu barədə bir neçə gün əvvəl məlumat vermişdik- QN) proqramına da hidroksi - xlorokin daxil edilmişdi. Yenə onun sayəsində Fransa Səhiyyə naziri iki həftə öncə bu əlacın istifadəsinə “başqa vasitə yoxdursa” şərtiylə icazə vermişdi. 
Qeyd edək ki, hidroksi-xlorokin onillərdir malyariya xəstəliyinə qarşı istifadə edilən əlacların arasındadır.
Çarə Fransadadırmı ? Napaloen belə yerdə, “mümkünsüz sözü fransızca deyildir” (“impossible n`est pas français”) deyərdi.

Qəni NOVRUZOV

Paylaş

Bizi Facebookda izləyin
menu
menu