“Cənab Prezident, Sizin müdrik rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacağıq” – Minnətdarlıq !

“Hörmətli cənab Prezident, Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyünüz işlərin miqyası çox böyükdür və bu işlər xalqımız, o cümlədən lənkəranlılar tərəfindən minnətdarlıqla qarşılanır”.
“Sherg.az” Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə Lənkəran rayon sakini Nurlan İbadovun ünvanladığı minnətdarlıq məktubunda deyilir.

N.İbadov yazır:

“Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bir vətəndaş olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Biz həmişə Sizinləyik. Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu