Dəqiqləşdirilməlidir ! - “ O torpaqlardan kim gəlir götürür...?! – Etiraz ! 

“Elə pay torpaqları var ki, istifadəyə yararsızdır.Bu məsələni nəzərə almaq lazım idi”



Baş nazirin 7 aprel tarixli qərarı ilə işsizlər üçün birdəfəlik ödəmənin verilməsi təsdiq olunub. Bu şəxslər heç bir iş yeri və qazancı olmayan əmək qabiliyyətli şəxslərdir.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.
Nazir dəstək paketinin mahiyyətindən danışıb:

“Cənab Prezident tərəfindən bir milyard manat dövlət büdcəsindən, iki milyard manat isə digər mənbələrdən olmaqla ümumilikdə 3 milyard vəsait ayrılıb. Bu vəsaitlər müxtəlif sosial məşğulluq qurumları arasında bölüşdürülmüşdür. Sırf sosial və məşğulluq qurumlarına ayrılan büdcə 400 milyon manatdır. Bəhs etdiyim 400 milyon manat əmək müqaviləsi ilə işləyən, hazırda işsiz olan, iş yerlərini itirən və xüsusi həssas qruplara aid olan şəxslərə veriləcək.

Bu gün VÖEN əsasında fəaliyyət göstərən şəxslər, tələbələr, Silahlı Qüvvələrin əməkdaşları və s. şəxslər məşğul şəxslər hesab olunurlar. Bundan başqa, pay torpaq sahibləri də bu kateqoriyaya aiddirlər. Bu şəxslər işsiz kateqoriyasına aid edilmir”. 

Torpaq sahibi olanların işsiz kateqoriyasına aid edilməməsi müzakirələrə səbəb olub. Bəziləri bunu doğru, bəziləri isə ədalətsiz qərar kimi qiymətləndirirlər. 



Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı- ekspert Natiq Cəfərli burada differensial yanaşmaya ehtiyac olduğunu deyib:

 "Müəyyən etmək lazım idi ki, kim o torpaqdan gəlir götürür, kim götürmür. Qazancı olanlara, bəlkə də, yardım edilməyə bilər. Amma elə pay torpaqları var ki, istifadəyə yararsızdır, tikinti üçün nəzərdə tutulub. Bu məsələni nəzərə almaq lazım idi. Əslində, indi də gec deyil. Nazirlər Kabineti məsələni yenidən müzakirə edib, daha dəqiq addım ata bilər".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu