Dünyadan Ermənistana sərt təpki:"İşğalçı iflic vəziyyətə düşüb"

“Son vaxtlar baş verənlər Azərbaycanın siyasi cəhətdən güclənməsinin göstəricidir” 



Martın 31- də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkiləri beynəlxalq ictimiyyət birmənalı olaraq rədd edib . Dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə ediblər. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə dünya ölkələrinin məsələyə reaksiyası daha kəskin olu. Bu yöndə verilən bəyanatların sayı xeyli artıb. Məlum vəziyyət isə Ermənistanın siyasi mövqelərinin zəifləməsindən xəbər verir. 

“Seçki şousu” ilə bağlı "Sherg.az"a fikirlərini bildirən politoloq Tofiq Abbasovun sözlərinə görə, bu, bir daha Ermənistanın daxili simasızlığını ortaya qoydu: 
"Əvvəla, onu deyim ki, qeyri- qanuni qurumun heç bir addımı qanuni ola bilməz. Yəni beynəlxalq ictimaiyyət sərt mövqe sərgiləməkdə tam haqlıdır. İkinci məqam isə Ermənistan siyasi elitasının öz vətəndaşlarına biganə yanaşması, onların taleyilə oynamasıdır. Koronavirus pandemiyası bütün dünya dövlətlərini öz təsiri altına alıb. Dünya bu xəstəlik qarşısında acizdir. İnsanlar çölə çıxmır, kütləvi toplaşmır. Ermənistan isə “seçki”lər keçirir. Bu, o deməkdir ki, Ermənistan öz insanlarını düşünmür". 

 T. Abbasov, həmçinin bildirib ki, son vaxtlar baş verənlər Azərbaycanın siyasi cəhətdən güclənməsinin göstəricidir: 

"Ermənistan getdikcə iflic vəziyyətə düşür. Bəziləri düşünürlər ki, Azərbaycan müharibə başlatmalıdır. Amma biz müharibəsiz də qalib gələ bilərik. Atılan siyasi addımlar, dövlət başçımızın siyasi zərbələri buna zəmin yaradır. Həm də BMT, ATƏT kimi qurumlar müharibə istəmirsə, özləri bir tədbir görməlidirlər. Əgər görmürlərsə, deməli, biz müharibəyə başlaya bilərik. Əsas məsələ odur ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq qurumların gündəliyindədir".                                   

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu