Deputat:" Şamaxıda işsizlik, su problemi və qaz limiti ilə bağlı məsələləri..." 



"Aprelin 9-da keçirilən Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti haqqında hesabat dinlənildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında video hesabat təqdim edildi. Hesabat onu göstərdi ki, 2019-cu il Azərbaycan tarixinə “islahatlar ili” kimi daxil olacaq. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliy ilə aparılan davamlı islahatlar və həyata keçirilən sosial-iqtisadi tədbirlər nəticəsində 2019-cu ildə makro-iqtisadi və maliyyə sabitliyi təmin olunaraq dayanıqlı iqtisadi artıma nail olunub. 2018-ci ildə başlanan islahatlar 2019-cu ildə kadr və struktur islahatları ilə davam etmişdir. Nazirlər Kabinetinin hesabatında görülən bütün işlər və uğurlar geniş və faktlarla əks olunub".
Bu barədə "Sherg.az"a millət vəkili Tamam Cəfərova bildirib.
Xanım parlamentari diqqətə çatdırıb ki, iclasda mövcud pandemiya şəraiti ilə bağlı vaxt məhdudluğu nəzərə alınaraq, millət vəkillərinə öz təkliflərini yazılı təqdim etmək imkanı yaradılıb:

Millət vəkili olduğum Şamaxı rayonunun problemləri ilə bağlı Milli Məclisin katibliyinə yazılı olaraq müraciət ünvanladım.
Pandemiya ilə bağlı hələ deputat kimi rayona gedə bilməsəm də, seçki kampaniyası zamanı Şamaxının bütün kəndlərində seçicilərlə görüşmüşəm. Seçicilərin qaldırdığı bütün problemlər qeydə alınıb, sistemləşdirilib. Hazırda pandemiya şəraitində seçicilərlə sosial şəbəkələr və telefon vasitəsilə əlaqə saxlayıram və onların problemlərini həll etməyə çalışıram.

Milli Məclisin katibliyinə verdiyim təklifləri diqqətinə çatdırmaq istəyirəm:

Birinci, Şamaxının su probleminin həlli məsələsi. Rayonda həm əkin sahələrinin suvarılmasına, həm də içməli suya böyük ehtiyac var. Seçicilərlə görüşlərimizdə su məsələsi əksər kəndlərdə sakinlər tərəfindən ciddi problem kimi qaldırılıb. İkincisi, rayonda işsizlik problemi ilə bağlı məsələlərə diqqət çəkdim.  Müraciətimdə Şamaxıda yeni iş yerlərinin açılmasının vacibliyini diqqətə çatdırdım.
Üçüncüsü isə qaz limitinin artırılması məsələsini vurğualdım.  Coğrafi şəraiti nəzərə alaraq, şimal rayonlarında qaz limitinin artırılmasını təklif etdim.
Hökumətdən xahiş etdim ki, müvafiq qurumlar Şamaxının bu problemlərinin həllini diqqətdə saxlasınlar və tezliklə həllinə köməklik etsinlər.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu