Deputat Prezidentə təşəkkür etdi:”Hər birimizin keşiyindədir”

“Ölkə başçısının müqəddəs fəaliyyətində ona dəstək olub öz töhfəmizi verməliyik”


Koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən ölkə başçısına çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

Yazılan məktublar bir daha sübut edir ki, cənab Prezident daim xalqın yanındadır. Görülən işlər və həyata keçirilən tədbirlərin əsas məqsədi vətəndaşlarımızın qayğısına qalmaqdır. Xalqımız bütün bunları dərk edir və dövlət başçsına dərin təşəkkürlərini ifadə edir. 



Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, yazılan məktublar xalqımızın böyüklüyündən, müdrikliyindən və yaxşını pisdən ayırmaqdan xəbər verir:

“Xalq qürur duyur ki, onun İlham Əliyev kimi başçısı var. Azərbaycan xalqı aydın şəkildə dərk edir ki, cənab Prezidentimizin rəhbərliyi altında dünyəvi xarakter almış bəlaya qarşı necə qabaqlayıcı tədbirlər görülür. Bu gün həmin tədbirlər geniş vüsət alıb. Qısa müddətdə modul tipli yeni xəstəxanaların tikintisinə start verilməsi, müasir tibbi avadanlıqların hazırlanması üçün ləvazimatların alınması, xaricdə olan və Azərbaycana gəlmək istəyən 15 mindən çox vətəndaşımızın ölkəmizə gətirilib onların qayğısına qalınması hər bir vətəndaşın gözü önündə baş verir. Vətəndaşlarımız hiss edir ki, Prezidentimiz 24 saat onun yanındadır və əhalinin qayğıları ilə yaşayır. Bəli, xalq Prezidentə təşəkkür etməklə öz böyüklüyünü göstərir. Mən də Azərbaycan vətəndaşı kimi Prezidentimizi alqışlayıram, ona minnətdarlığımı bildirirəm ki, hər birimizin keşiyindədir. Ölkə başçısının gözəl və müqəddəs fəaliyyətində ona dəstək olub öz töhfəmizi verməliyik. Cənab Prezidentə gördüyümüz işlərlə dəstək olmalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu