Sosioloqdan valideynlərə: “ Uşağı mətbəxə buraxmaq olmaz !” – Faciə !

"Uşaqlar həmişə hərəkət edən, səs çıxaran alətləri incələmək istəyirlər Məsələnin həlli yolu isə düzgün oyuncaq seçimidir”



Şirvanda azyaşlının əli ətçəkən maşında qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicəri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.
 Sual yaranır ki, uşağın ətçəkən maşınla nə işi var? Niyə uşaq ətçəkən maşına əl vurmalıdır ki, belə hadisələr də baş versin? Faciəvi olayla bağlı "Sherg.az"a münasibət bildirən sosioloq Lalə Mehralı düşünür ki, valideynlər qədər övladda da təqsir var:



"Belə halların son vaxtlar tez-tez təkrarlanması təəssüf doğrur.  Valideynlər birmənalı şəkildə başa düşməlidirlər ki, uşağı mətbəxə buraxmaq olmaz. Xüsusilə ütü işləyəndə, qazan qaynayanda uşaqlar mümkün qədər uzaqda olmalıdırlar. Azyaşlılar belə avadanlıqlara, yəni hərəkət edən, səs çıxaran maşınlara maraq göstərir, onların işləmə mexanizmi ilə tanış olmaq istəyirlər. Ana, atalar bunu nəzərə almalıdırlar. Belə halların daha çox cırtdan ailələrdə olması heç də təsadüfi deyil. Çünki üç nəfərdən- ana, ata və övladdan ibarət ailədə uşağa nəzarət nisbətən zəif olur. Böyük ailələrdə isə digər ailə üzvləri, o cümlədən nənə, baba, qardaş, bacı körpə ilə növbəli şəkildə maraqlanırlar".
 
L. Mehralının sözlərinə görə, oyuncaqların düzgün seçilməsi də bu məsələyə əsaslı dərəcədə təsir göstərir:

"Dediyim kimi, uşaqlar həmişə hərəkət edən, səs çıxaran alətləri incələmək istəyirlər. Bu marağı təbii qarşılamaq və onun daha təhlükəsiz formada ödənilməsinə çalışmaq lazımdır. Məsələnin həlli yolu isə düzgün oyuncaq seçimidir. Alınan oyuncaqlar uşağın yaş qrupuna uyğun olmalıdır. Ona görə valideynlərə məsləhət görərdim ki, pərakəndə marketlərə yox, ixtisaslaşmış oyuncaq mağazalarına müraciət etsinlər.  Çünki ixtisaslaşmış mağazalarda həm də professionallardan məsləhət almaq olur. Onlar hansı cinsə, hansı yaş qrupuna nə cür oyuncağın lazım olduğunu bilirlər".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu