Gəncəliyev canlanma yaradıb: “O, Qarabağla bağlı spesifik məsələləri bilir”  

İcma sədri Dağlıq Qarabağ həqiqətlərini ingilis dilində beynəlxalq ictimaiyyətə çatdırır”

“Bu, adi daş heykəlin başına gələnlərdir. Görün, Qarabağda insanların başına hansı fəlakətlər gətirilib”

“Dağlıq Qarabağ atları sovet və Britaniya arasındakı diplomatik münasibətlərə qədər mühüm rol oynayıb”




Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Dağlıq Qarabağla bağlı tarixi əhəmiyyətə malik  videolar hazırlayıb. “Qarabağın güllələnmiş heykəlləri”“Qarabağ atları”na dair video-materialı T.Gəncəliyevin özü ingilis dilində təqdim edib. Videoda Qarabağ həqiqətləri, erməni vandalizmi, eyni zamanda Qarabağın məşhur atları ilə bağlı zəruri məlumatlar yer alıb. 

T.Gəncəliyev video görüntüləri şəxsi feysbuk hesabında paylaşıb. Videonun hazırlanması və ingilis dilində təqdim olunması Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. 

Video görüntülərə dair fikirlərini “Sherg.az”la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, Tural Gəncəliyev Qarabağ İcmasının sədri təyin olunduqdan sonra xaricdə yaşayan azərbaycanlılar arasında geniş təbliğatlar aparır.  Onun sözlərinə görə, videoların paylaşılması 24 aprel qondarma erməni soyqırımı öncəsi mühüm əhəmiyyətə malikdir:

“Tural Gəncəliyev Dağlıq Qarabağ həqiqətlərini ingilis dilində beynəlxalq ictimaiyyətə çatdırır və erməni dili bazasına malikdir . O, eyni zamanda Qarabağla bağlı spesifik məsələləri bilir. Bu günlərdə beynəlxalq ictimaiyyətə göndərdiyi müraciətdə xüsusən 2 detal üzərindən fikir yürüdür. Onun biri Qarabağın güllələnmiş heykəlləridir. Həmin heykəllər hazırda Bakıda mərkəzdə yerləşib və xaricdən gələn qonaqlara göstərilir. Heykəllərin üzərində erməni vandalizminin izləri əks olunub,  müxtəlif güllə xətərləri və qəddarcasına proseslər həyata keçirilib. Bu, adi daş heykəlin başına gələnlərdir. Görün, Qarabağda insanların başına hansı fəlakətlər gətirilib.

Qarabağdakı atlarla bağlı çəkilən video və dünya ictimaiyyətinə müraciət isə onunla əlaqədardır ki, bütövlükdə orta əsrlərdə Dağlıq Qarabağ atları Qarabağa məxsus brend kimi dünyada məşhurdur. Atları brendləşdirən və dünyaca məşhur edən bir neçə detal var. Bunlardan biri ondan ibarətdir ki, Britaniya kraliçasının ilxısında Qarabağ atları xüsusi yer tuturdu. Dağlıq Qarabağ atları sovet və Britaniya arasındakı diplomatik münasibətlərə qədər mühüm rol oynayıb”.

24 aprel qondarma erməni soyqırımı tarixinə sayılı günlər qaldığını deyən Ə.Əlibəyli bildirib ki, indidən ortaya həm beynəlxalq, həm də diaspor səviyyəsində arqumentlər qoyulmalıdır:

Tural Gəncəliyevin videoda toxunduğu detallar, hazırda feysbukun ermənidilli seqmentində çox böyük anti-Tural Gəncəliyev hərəkatına səbəb olub. Bu, primitiv bir yanaşmadır. Fikrimcə, çəkilən videolar qondarma soyqırımı öncəsi ermənilərə yaxşı cavab xarakter daşıyır. Bu baxımdan Tural Gəncəliyevin hazırda tutduğu yol və həyata keçirdiyi tədbir yüksək səviyyədədir. Bütün bunlar birbaşa Azərbaycanın lehinə olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu