“Münhen debatı diplomatiya tariximizin parlaq səhifəsidir” – ŞƏRH 

“Eyni zamanda, bu, haqlı dünya baxışının haqsız və təcavüzkar dünya baxışının üzərində qələbəsidir”

“Debat Ermənistanın BMT-nin qərarlarına uyğun sürətdə hərəkətə sövq edilməsi üçün  güclü bir impuls  oldu”


“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş debat imkan verdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dünyaya çatdırılsın”. Bu sözləri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda  deyib. Ölkə başçısı qeyd edib ki, sözügedən konfrans  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  həm tarixi həqiqətlər, həm münaqişə ilə bağlı həqiqətlərin  canlı efir vasitəsilə geniş auditoriyaya çatdırılmasına imkan verdi:

“Bir daha göründü ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Azərbaycanın mövqeyi tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslandığına görə Münxen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın edib və  uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyub”.

Qeyd edək ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanıb.



Məsələni “Sherg.az”a şərh edən politoloq Qabil Hüseynli də hesab edir ki,  Münhen debatı  bir növ Azərbaycan diplomatiyası tarixində böyük parlaq, səhifələrdən birinə çevrildi: 

“ Həmin görüşdə ölkə başçısının çıxışı və qətiyyətli duruşu dünya ictimai rəyini və  Azərbaycan və Dağlıq Qarabağ probleminə baxış bucağını ciddi surətdə dəyişməyə vadar edəcək bir məqam idi.  O proses hələ də davam edir. Azərbaycan futbol termini ilə desək, əzmimizin üstünlükləri ilə Ermənistan üzərində qələbə çaldıq. Düzdür, bu konfransda Azərbaycanın Ermənistan üzərindəki diplomatik üstünlüyü  hələ nəzəri, intellektual sahədə olan bir təcrübi qələbədir. Eyni zamanda, haqlı dünya baxışının haqsız və təcavüzkar dünya baxışının üzərində qələbəsidir. Son dövrlərdə Dağlıq Qarabağ problemi ilə bağlı təklif edilən həll variantlarında müsbət cəhətlərdə diqqəti çəkirdik. Zənnimcə, Münhendə baş verən danışıqlar   problemin Azərbaycanın ərazi bütövlüyünün çərçivəsində həll edilməsinə,  qarşı tərəfin BMT-nin qərarlarına uyğun sürətdə hərəkətə sövq edilməsi üçün  güclü bir təkan, implus oldu”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu