“Vətəndaşların sağlamlığı və sosial ehtiyacları təmin edilir” - Deputat

Koronavirus pandemiyasının təsirindən  iqtisadiyyatları iflic vəziyyətə düşən bir çox ölkə ağır böhrandan çıxmaq üçün dünyanın maliyyə qurumlarına müraciət edərək böyük məbləğdə vəsait istəyiblər.  Elə bir iqtisadi situasiya yaranıb ki, hər ölkə öz daxili resurslarına arxalana bilmir. Lakin xeyli müddətdir pandemiya ilə hərtərəfli mübarizə aparan Azərbaycan yeganə dövlətdir ki, indiyə qədər heç bir maliyyə təşkilatına yardım üçün müraciət ünvanlamayıb. Ölkə prezidenti İlham Əliyevin aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə də qeyd etdiyi kimi dünya birliyinin mütləq əksəriyyəti yardım üçün müraciət edib, Azərbaycanın adı isə bu siyahıda yoxdur.
Azərbaycan Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində bu gün qlobal böhran şəraitində belə öz inkişafını qoruyub saxlaya bilib. 2020-ci ilin birinci rübündə ölkəmizin makroiqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb. Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda da bəyan etdiyi kimi, ilin əvvəlindən başlayaraq Azərbaycanda islahatlar davam etdirilib, yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial sahədə müsbət göstəricilər əldə olunub. 

Prezident İlham Əliyevin videokonfransda da bildirdiyi kimi, ölkəmizdə insanların sosial həyatı ilə bağlı bütün zəruri addımlar atılır, 2020-ci ildə bütün sosial proqramlar ən yüksək səviyyədə yerinə yetiriləcək. Bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək.
Vəziyyəti dəyərləndirən millət vəkili  Hikmət Babaoğlu “Sherg.az”a deyib ki, bütün çətinliklərə, koronavirus pandemiyasının  gətirdiyi təhlükələrə baxmayaraq Azərbaycan vaxtında qabaqlayıcı tədbirlər görməklə həm iqtisadi fəallıq,  həm də vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi sahəsində  mühüm uğurlar əldə edib: 



“Ancaq bu iki mühüm faktorun öncəliyinə gəldikdə isə Prezident İlham Əliyev ilk növbədə vətəndaşların sağlamlığının vacibliyini xüsusi olaraq vurğulayaraq bildirdi ki , əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır. Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Düşünürəm ki , bu mövqe Azərbaycan vətəndaşlarının sağlamlığı və səhhətinin daim Prezident İlham Əliyevin diqqət mərkəzində olmasından xəbər verməklə elə sosial dövlət siaysətinin də əsaslarını təşkil edir. Hazırkı mürəkkəb vəziyyətdə dövlətimizin həyata keçirdiyi  sosial siyasət sayəsində həm vətəndaşlarımızın sağlamlığının qorunması təmin edilir, həm də onların sosial ehtiyacları qarşılanır. Bu mənada Azərbaycan nümunəvi təcrübə yaratmağı bacaran bir ölkədir. Məhz bu siyasətin nəticəsidir ki , hazırda koronavirus pandemiyasına qarşı  Azərbaycan effektiv mübarizə aparan ölkələr sırasındadır . Videokonfrans-müşavirədə  qeyd edildi ki , koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat həcmindədir. Bu, olduqca böyük məbləğdir və kifayət qədər effektiv nəticələr əldə etməyimizə səbəb olacaq . Ancaq digər istiqamətlər üzrə əlavə maliyyə mənbələri nəzərdə tutulur ki , bunlar da tibbi avadanlıqların və digər tibbi vasitələrin təmin olunmasına xidmət edəcək .Başqa bir istiqamət isə sosial təminatı zəif olan vətəndaşlarımıza birdəfəlik yardımların ödənilməsidir ki , bu da bu ilin birinci rübündə bütün sosial ödənişlər üzrə  2,3 milyon vətəndaşımıza  1,5 milyard manat məbləğində sosial ödənişlərin  həyata keçirilməsidir”. Deputat hesab edir ki, kommunal xidmətlərin güzəştli şərtlərlə ödənilməsi, müvafiq sosial təbəqəyə mənsub olan vətəndaşlarımızın təhsil haqlarının dövlət tərəfindən qarşılanması haqqında qərarlar qəbul edilib ki, bütün bunlar vətəndaşlarımızın yaranmış vəziyyətdə maksimum sosial müdafiələrinin təmin edilməsinə hesablanıb : “Müşavirədə mövcud məhdud şərtlərdə iqtisadi inkişfımızın bundan sonrakı mərhələdə təmin edilməsi istiqamətlərində də xüsusi tövsiyyələr və göstərişlər verildi . Bunlardan biri də ərzaq təhlükəsiziliyimizi təmin etmək üçün kənd təsarrüfatı məhsullarının istehsalının artrılması istiqamətində idi ki , Prezident elə müşavirədəcə bu problemin həlli ilə müvafiq maliyyə mənbəyini göstərməklə xüsusi tapşırıqıar verdi. Azərbaycan Prezidenti qeyd etdi ki , 2020 –ci il də isosial – siyasi islahatlar ilii olacaq . Doğurdan da hər kəsə bəllidir ki ,  .Ona görə də cari ildə də islahatlar  tendensiyanın davam etdiriləcəyinin bu günə qədər həyata keçirilən islahatlar öz  müsbət nəticələrini verməkdədir ki , bu da islahatların davamlılığını zəruri edir şahidi olacağıq” . 

H.Babaoğlunun fikrincə, videokonfrans-müşavirədə dövlət başçımzın toxunduğu ən mühüm məsələlərdən biri də belə mürəkkəb şəraitdə koronavirus pandemiyasından da sui-istifadə etmək istəyən marginal  radikal qrupların anti-milli fəaliyyətlərininin ifşası ilə bağlı oldu:

“Haqlı olaraq belə radikal qruplaşmaların hakimiyyətə  deyil, dövlətimizə və millətimizə qarşı müxalifətdə olduqlarını bildirdi . Doğurdan da dünyanı heç bir yerində öz xalqının ən çətin vaxtlarında belə onun maraqlarına zərbə vuracaq müxalifət  yoxdur. Bunu edənlər xalqın düşmənləridir . Ancaq buna baxmayaraq Azərbaycan xalqı milli birlik və həmrəylik nümayiş etdirərək öz Prezidenti ilə birgə hərəkət etməklə bütün dünyanı təhdid edən koronavirus təhlükəsi və onun gətirdiyi iqtisadi və maddi çətinliklərinin də öhdəsindən layiqincə gəlməyi bacaracaq” .

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu