Rayon sakini: “Prezident istirahət etmədən xalqımızın qayğısına qalır” – Təşəkkür !


Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

"Sherg.az" Prezidentin saytına istinadla  Göyçay rayon sakini Nəriman Paşayevin təşəkkür məktubunu təqdim edir.

N.Paşayev yazır ki, ölkə başçısı istirahət etmədən xalqımızın qayğısına qalır:

"Hörmətli cənab Prezident. Buna görə Sizə Göyçay rayonunun sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. Bir çox ölkələrdən fərqli olaraq koronavirus epidemiyasının ilk günlərindən qabaqlayıcı tədbirlərin görülməsi öz nəticəsini verdi.

Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Allahın izni ilə bu bəla tezliklə çəkilib gedəcək, respublikamız daha da inkişaf edəcəkdir. Buna görə də xalq daim Sizin arxanızdadır. Bizim seçimimiz və gələcəyimiz Sizinlə bağlıdır.

Ulu Tanrı Sizi və ailənizi qorusun"!

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu