Quzey Kıbrıs korona virusla bağlı bütün dünyaya mesaj verdi

Bütün dünyanı öz cənginə alan Koronavirus dünyanın hər yerində olduğu kimi Quzey Kıbrısda da olduqca narahatlıq yaradıb. Qeyd etmək lazımdır ki, bütün mütərəqqi bəşəriyyət mövcud olan bu virusla bağlı sosial çarxlar hazırlayır, hamını evdə qalmağa, virusun zərərli təsirlərindən qorunmağa səsləyirlər.
"Sherg.az" xəbər verir ki, növbəti belə aksiyalardan birisi yavru vətən Quzey Kıbrıs Türk Cümhuriyyətində baş tutub. KKTC Gənclik İdarəsinin, Kıbrıs Türk Xalq Rəqsləri Federasiyasının və Beynəlxalq Rəqs və Sənət Federasiyası Quzey Kıbrıs təmsilçiliyinin təşkilatçılığı ilə dünyanı öz cənginə alan Korona Virüs Covid 19 salğınına qarşı dünyanın fərqli bölgələrindəki mədəniyyət insanları həmrəylik mesajları veriblər.
Kıbrıs Türk Xalq Rəqsləri Federasiyasının və Beynəlxalq Rəqs və Sənət Federasiyası Quzey Kıbrıs təmsilçiliyinin rəhbəri Özlem Kadirağa Gənclik İdarəsinin müdürü Hasan Eren ilə bir yerdə müxtəlif ölkələrdə yaşayan mədəniyyət və incəsənət xadimləri ilə əlaqə saxladıqlarını və çox maraqlı görüntülər əldə edərək bu videonu hazırladıqlarını bildirib. Onun  sözlərinə görə, dünyadakı xalq rəqsləri ailəsinin dünyanı bürüyən və böyük sıxıntılara səbəb olan Covid 19 salğınında ortaq dildən istifadə ediblər. 
Sonda Kadirağa bütün təmsilçilərin ortaq nöqtədə birləşdiyini “Evdə qal, sağlam qal” şüarından istifadə edərək dünyanın bu pandemiyadan bir an öncə xilas olmasını istədiklərini sözlərinə əlavə edib.
Qeyd edək ki, həmin videoda Azərbaycan adından Ankarada fəaliyyət göstərən Anka Azərbaycan Rəqs və Sənət Klubunun rəhbəri Dərya Akdəmir çıxış edib.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu