Pandemiyadan sonrakı dövr : Şəffaflaşdırma və korrupsiyanın ləğvi... 

“2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq”. 
Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışı zamanı deyib. 
 İqtisadi vəziyyətə pandemiyanın təsirinin  qaçılmaz olduğunu vurğulayan ölkə başçısı deyib ki, bildirib ki, koronavirus pandemiyası müdaxilə etməsəydi, uğurlar daha çox olardı. Bununla belə prezident Azərbaycan bu ağır vəziyyətdən də çıxacağını, iqtisadiyyat, iş yerlərininbərpa ediləcəyini qeyd edib. 



İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev “Sherg.az”a söyləyib ki, 2020-ci il pandemiyadan sonrakı dövr Azərbaycanda  keçiriləcək  islahatların əsas hissəsi şəffaflaşdırılacaq və korrupsiya aradan qaldırılacaq :
« Yəni əmlakın və kapitalın amnistiyanın verilməsi, bu da kölgə iqtisadiyyatında mövcud olan sahibkarlıq subyektlərinin ağarması imkanlarını artırır. O cümlədən, dövlət idarəçiliyi sistemində maliyyə idarəçiliyini daha da sərtləşdirərək dövlət büdcəsinin vəsaitinin şişirdilməsi və həmin vəsaitlərin xərclənməsi zamanı müxtəlif yayındırma, istifadə hallarının qarşısının alınması üçün şəffaf mexanizm qurulması istiqamətində iş gedir və bu kimi hallara yol verənlərin isə qəti şəkildə cəzalandırılması nəzərdə tutulur”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu