“Azərbaycan və Gürcüstanın qayğısı da, platforması da eynidir” – Həmrəylik !


“Bu dövlətlər birgə olmağa, birlikdə mübarizə aparmağa məcburdurlar”



Koronavirusla mübarizədə Azərbaycana dəstək əlaməti olaraq, Tbilisi qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı.
“Pandemiyaya qarşı birgə gücümüzlə mübarizə aparaq! Birlikdə qalib gələcəyik!” – Bu mesajı Gürcüstan höküməti Azərbaycan xalqına göndərir.
Gürcüstan həmrəyliyini digər ölkələrə də bildirmişdi. Bu günə qədər Tbilisi qülləsi İtaliya, İspaniya, Türkiyə, ABŞ, Böyük Britaniya, Şimali İrlandiya və Fransa bayraqlarının rəngləri ilə işıqlandırılmışdı.




Qonşumuzun bu təşəbbüsü barədə "Sherg.az"a fikirlərini bildirən "Borçalı" İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin fikrincə, bizim bundan başqa yolumuz yoxdur:
"İlk dəfə mən Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarını yanaşı qoyanda çoxları buna ikrahla yanaşmışdı. Amma zaman göstərdi ki, mən düzgün etmişdim. Bu dövlətlər birgə olmağa, birlikdə mübarizə aparmağa məcburdurlar. Çünki problemlərimiz, qayğılarımız eynidir. Bir tərəfdən Rusiyanın təhdidləri, digər tərəfdən İranın siyasi oyunları və bir də Qərb. Yəni biz eyni platformadayıq. Başqa alternativimiz yoxdur. İndi koronavirus pandemiyası vəziyyəti daha da ciddiləşdirir. Bu gün nəinki bu dövlətlər, bütün dünya həmrəy olmalıdır. Onu da deyim ki, Azərbaycan və Türkiyə də öz növbəsində həmin jestləri edir".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu