Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 68 nəfər sağalıb

Azərbaycan Respublikasında 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 68 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
 Bu barədə "Sherg.az"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu