“Bu, Prezidentin vətəndaşlara qayğısının bariz nümunəsidir” 

“Ölkə başçısının göstərdiyi diqqət hər bir kəs tərəfindən razılıqla qarşılanır”



Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluq və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.
Aprelin 9-dan işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Proses gündəlik davam edir. Ödəniş edilərkən işsiz şəxslərin telefon nömrələrinə bu barədə SMS göndərilir. 
Artıq 140 min işsiz şəxs üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.



Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirləri yüksək  qiymətləndirən millət vəkili Elman Məmmədov “Sherg.az”a deyib ki, koronavirusun geniş yayıldığı bir vaxtda  bir sıra  dövlətlərdə   müxtəlif tədbirlərin görülməməsi həmin ölkələrdə  virusun geniş yayılmasına və ölüm hallarının gündən-günə çoxalmasına gətirib çıxardı:

“Respublikamızda isə bunun tam əksi oldu. Ölkəmizdə  koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldı . Respublika ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir. Bütün bunlar koronavirus pandemiyasının geniş yayılmasının və qalıcı fəsadlar törətməsinin qarşısının alınması məqsədi daşıyır”.

Deputatın fikrincə, koronavirusun  insanlara vurduğu ziyanın dövlət vəsaiti hesabına ödənilməsi ölkə başçısının vətəndaşlara olan qayğısının bariz nümunəsidir: 

“ Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı profilaktik və preventiv tədbirlər görülməklə bərabər, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
İşini və qazancını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün işsiz şəxslərə birdəfəlik ödəmə olaraq 190 manat məbləğində dəstəyin verilməsi qərara alınıb.  140 min  vətəndaş  bundan yararlanıb.  Ödənişin verilməsi şərtləri və qaydaları Nazirlər Kabinetinin 07.04.2020 tarixli qərarı ilə təsdiq edilib. Ödənişi məşğulluq orqanında qeydiyyatdan keçmiş işsiz statusu olanlar və dövlətdən sosial ödəniş almayan şəxslər alırlar. Bu vəsaitin verilməsində şəffaflığın tam təmin olunmasından hər kəs razılıq edir”.

İşsiz kimi qeydiyyata alınma və birdəfəlik ödəmənin verilməsi qaydasına dair hər gün və gün ərzində bir neçə dəfə olmaqla  kütləvi informasiya vasitələrində  və sosial şəbəkələrdə məlumat verildiyini vurğulayan deputat deyib ki,  müvafiq mövzuda videotəlimat hazırlanaraq ictimaiyyətə təqdim edilib.  Belə faktlar onlarladır: “ Bütün bunlar əlaqədar təşkilatlar, xüsusilə də  Əmək və Əhalinin Sosial Müdafiəs Nazirliyi tətəfindən həyata keçirilir. 
Bu nazirliyin ahıl və tənha insanlara, ümumiytlə, yaşı 65-dən yuxarı olan ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğı hər bir kəs tərəfindən razılıqla qarşılanır”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu