"Gündəlik qazancdan məhrum olanlar darda qalmadılar" - Komitə sədri

“Azərbaycan dövləti hər zamankı kimi bu çətin vaxtda da xalqın yanında oldu”


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Bu siyasət çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər görülüb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. 
Həmiçinin də işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsi prosesi gedir. 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Əlavə olaraq da yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır.

Koronavirus pandemiyası özü ilə bir çox tibbi, iqtisadi, sosial, psixoloji problemlər gətirdiyini vurğulayan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyevin sözlərinə görə,  bu proses ölkəmizdə də özünü sosial izolyasiya şərtləri çərçivəsində  göstərməyə başladı:


 “Amma Azərbaycan dövləti müvəqqəti də olsa, işsiz qalmış, gündəlik qazancdan məhrum olmuş insanları darda qoymadı. Daxili siyasətində vətəndaşlarının sosial müdafiəsini və sosial rifahını prioritet istiqamət kimi müəyyən edən Azərbaycan dövləti hər zamankı kimi bu çətin vaxtda da xalqın yanında olduğunu öz əməli fəaliyyəti ilə bir daha təsdiq etdi.
Cənab prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşların həyat səviyyəsinə mənfi təsirlətinin azaldılması ilə bağlı 10 mart 2020- il tarixli sərəncamının icrası olaraq Nazirlər Kabineti tədbirlər planı hazırladı”.

 Koronaviriusla mübarizə çərçivəsində həyata keçirilən sosial müdafiə tədbirlərinin əsasən 3 istiqamətdə həyata keçirildiyini vurğulayan deputat qeyd edib ki, sosial təminat, sosial yardım və sosial dəstək istiqamətləri sosial müdafiə tədbirlərini zamanında, operativ, bütün ehtiyatlar səfərbər edilməklə, karantin rejimində aztəminatlı insanların xidmətlərə əlçatanlığı nəzərə alınmaqla həyata keçirilir:

 “Sosial təminat istiqaməti üzrə iki milyondan artıq insanı əhatə edən pensiya, müavinət, təqaüdlərin verilməsində nəinki ləngimə olmadı, əksinə, təyinatlar və ödənişlərin vaxtından əvvəl həyata keçirilməsi təmin olundu. Pensiya və digər ödənişlərin yalnız müvəkkil bankomatdan deyil, ən yaxında yerləşən istənilən bankomatdan əlavə xidmət haqqı ödənilmədən alınması imkanları yaradıldı.
 Sosial yardım istiqaməti üzrə 65 yaşdan yuxarı, tənha insanların evdən çıxmaması üçün onlara göstərilən bütün sosial və məişət xidmətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz üzərinə götürdü və bu xidmətlər gündəlik olaraq sosial işçilər və könüllülər tərəfindən ləyaqətlə həyata keçirilir, 330 min nəfərə ünvanlı dövlət sosial yardımı verilir və sosial təcrid rejimi ilə əlaqədar ünvanlı sosial yardım verilməsi sadələşdiriləcək, yardım almaq müddəti isə heç bir diaqnostika aparılmadan avtomatik olaraq uzadılacaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər sosial tərəfdaşları ilə birlikdə 45 min ailəyə ərzaq yardımı göstərilməsi proqramını həyata keçirir. Sevindirici haldır ki, bu xoşməramlı təşəbbüsə ölkənin geniş içtimaiyyəti - iş adamları, deputatlar, qeyri- hökumət təşkilatları, müxtəlif icra hakimiyyəti qurumlarının təmsilçiləri də həvəslə qoşulublar. 

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan 17 min tələbələnin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub.
Sosial müdafiə sisteminin iş yükü olduqca artmışdır, əməkdaşlar istər onlayn, istər adi rejimdə seytnot vəziyyətində çalışırlar”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu