“Bütün sosial layihələr insanların problemlərinin həllinə yönəlib”

“Biz ancaq dövlət-xalq birliyini gücləndirməklə bu çətin günləri arxada qoya bilərik”



Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.
Aprelin 9-dan işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Proses gündəlik davam edir. Ödəniş edilərkən işsiz şəxslərin telefon nömrələrinə bu barədə SMS göndərilir. 
Artıq 165 min işsiz şəxs üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.



Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirləri yüksək  qiymətləndirən Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadənin fikrincə, koronavirus pandemiyası bəşəriyyəti qəfil yaxaladı. Dünya "gözəgörünməz düşmən"lə mübarizəyə hazır deyildi. Son 100 ildə əldə olunan elmi-mədəni tərəqqi bəşəriyyətin köməyinə çatmadı. Ən çox itkini səhiyyənin ən çox inkişaf etdiyi ölkələr verir: 

“Belə ağır şərtlər daxilində pandemiya ilə mübarziə aparmaq asan deyil. Hesab edirəm ki, Azərbaycan dövləti koronavirusla mübarizədə daha çevik tərpəndi. Vaxtında görülən profilaktik tədbirlər pandemiyadan ölü sayının artmasına imkan vermir. Təbii ki, təhlükə davam edir. Bu isə görülən tədbirlərin uzunömürlü olmasını zəruri edir. İnsanların ehtiyaclarını ödəmək şərtiylə onların evdə qalmasını tələb etmək tam məntiqlidir. Pandemiya dövründə ölkədə həyata keçirilən sosial layihələr insanların problemlərinin həllinə yönəlib. Xüsusilə 600 min insana 190 manat vəsaitin ödənilməsi müsbət haldır. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılması bu kampaniyanın tərkib hissəsi sayılmalıdır.  Sahibkarlar üçün də müəyyən güzəştlər nəzərdə tutulub. Bütün bu tədbirlər pandemiya dövründə insanların daha az əziyyət çəkməsinə hesablanıb. Hesab edirəm ki, imkanlı şəxslər tərəfindən başladılan yardım kampaniyası daha geniş vüsət almalıdır. İmkanlı adamlar bu ağır günlərdə köməyə ehtiyacı olan ailələri darda qoymamalıdır. Biz ancaq dövlət-xalq birliyini gücləndirməklə bu çətin günləri arxada qoya bilərik”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu