Prezidentə məktub: “Azərbaycanı şanlı və qüdrətli ölkəyə çevirmisiniz”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Gəncədən Günel Əliyeva yazır:

“Hörmətli cənab Prezident, dahi Üzeyir Hacıbəyli vaxtilə gördüyü bir mənzərədən təsirlənərək demişdi: “Elə yaşamalıyam, elə yaratmalıyam ki, yaşadığım hər gün, yaratdığım hər bir əsər tarixin dilli yaddaşı olsun”.
Cənab Prezident, Sizin bu xalq üçün verdiyiniz hər bir sərəncam, ona göstərdiyiniz hər bir qayğı, sevgi tarixin dilli yaddaşı olub və olacaqdır. Siz gecənizi gündüzünüzə qataraq Azərbaycanı şanlı, qüdrətli, şərəfli ölkəyə çevirmisiniz. Biz güclüyük ona görə ki, bu xalqı qoruyan Siz varsınız.
Biz Sizinlə birlikdə öz mədəniyyətimizlə, incəsənətimizlə, tolerantlığımızla dünyanı fəth edirik. Allah Sizi qorusun”


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu