“Əziz Prezidentimiz, Sizin sayənizdə bu sınaqdan da üzüağ çıxacağıq” – İNAM! 

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Biləsuvardan Elminaz Miriyeva ölkə başçısına yazır: 

Hörmətli cənab Prezident, dünyada geniş yayılmış yeni koronavirus infeksiyasının törətdiyi fəsadlar bütün bəşəriyyəti ölüm təhlükəsi ilə üz-üzə qoyub. Dünyanın bir sıra qabaqcıl ölkələri bu virusla mübarizədə çətinlik çəkir. Sizin bu hadisəyə çevik reaksiyanız, məqsədyönlü addımlarınız, zamanında verdiyiniz qərarlar sayəsində ölkəmiz pandemiyaya qarşı uğurla mübarizə apara bildi.
Bu mübarizədə zəhmət çəkən, sağlamlığımızın keşiyində duran tibbi heyətin, gecə-gündüz yorulmadan çalışan polis əməkdaşlarının, hərbçilərin, aidiyyəti dövlət qurumlarının işçilərinin əməyinin yüksək dəyərləndirilməsi bir dövlət başçısı olaraq Sizin uzaqgörən siyasətinizin göstəricisidir. Əziz Prezidentimiz, biz biləsuvarlı qadınlar əminik ki, bütün çətinliklərə sinə gərdiyimiz kimi, bu sınaqdan da üzüağ çıxacağıq. Biz birlikdə yenidən ölkəmizin və xalqımızın xoş günlərinə şahidlik edəcəyik. Biz birlikdə güclüyük! Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu