Yol xəlvət, “avtoş” bəy... ! 

“Yolu yarış meydançası sayan kim,  "saxla" əmrinə tabe olmayan kim, polis maşını üzərində pivə içən kim...

 "Belələri özlərini evdə də idarə etməyi bacarmırlar"

“Şübhəsiz ki, maarifləndirmə ilə inzibati cəzalar birgə tətbiq olunsa "avtoş"ların sayı azalar, sürücülər qayda-qanun tanıyar"



Son vaxtlar paytaxt küçələrində bəzi  sürücülər "at oynadırlar". Karantin rejimi ilə əlaqədar küçələri boş görən avtomobil "qoçu"ları insanlara rahatlıq vermir.

Həm onlarca canı təhlükəyə atır, həm də sakinlər üçün diskomfort yaradırlar. Məsələn, dünən gecə narkotik vasitə qəbul edərək, yolu yarış meydançası ilə səhv salan, polisin "saxla" əmrinə tabe olmayaraq, post patrul xidməti əməkdaşlarını ""qaçdı- tutdu" oyununa dəvət edən", hətta onlara müqavimət göstərən sürücü buna bariz nümunədir. Elə polis maşını üzərində oturub pivə içənlər də öz "yüksək mədəniyyətləri" ilə sözügedən sürücülərdən geri qalmırlar. 



"Sherg.az" saytı olaraq çoxları kimi bizi də narahat edən bu məsələ ilə bağlı Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun fikirlərini öyrəndik. O, əsas səbəb kimi sürücülərin psixo- fizioloji xarakterlərini göstərdi: 

"Əvvəla, onu deyim ki, nəqliyyat vasitələrinin təsnifatı fərqlidir. Ən geniş yeri özəl nəqliyyat vasitələri tutur. Dövlət nəqliyyat vasitələrinin xidməti sürücülərindən fərqli olaraq, özəl avtomobil sahiblərinə nəzarət etmək mümkün deyil. Məsələn, hökumət işçisi öz sürücüsünü işdən çıxarmaqla, Bakı Nəqliyyat Agentliyi müxtəlif cərimələr tətbiq etməklə avtobus sürücüsünü cəzalandıra bilər. Amma bunlar özəl maşın sahibləri üçün mümkün deyil. Ona görə də onlar istədiklərini edirlər. Əslində belə hallar həmişə olub. Bu, insanların psixo- fizioloji xarakterləri, mənsub olduqları temperamentlə bağlıdır. Əlbəttə, səbrsiz,  həddindən artıq aqressiyalı insanı heç bir dövlət qurumu işə götürməz. Amma onlar maşın sürə bilərlər. Belələri özlərini evdə də idarə etməyi bacarmırlar".

Ekspertin sözlərinə görə, bu cür hadisələrin qarşısını almaq heç də asan deyil:

"Dediyim kimi, nə qədər avtomobil sahibi varsa, o qədər də xarakter, sürücü mədəniyyəti var. Belə hallar həmişə olub və olacaq. Ancaq, şübhəsiz ki, maarifləndirmə ilə inzibati cəzalar birgə tətbiq olunsa "avtoş"ların sayı azalar, sürücülər qayda- qanun tanıyar".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu