“Dövlət ilk növbədə vətəndaşların sağlamlığını düşünür” - Deputat

“Xəstəliyini pandemiya elan etdikdən sonra ölkəmizdə fundamental addımlar atıldı”

“Görülən tədbirlər ehtimal edilən təsirləri minimuma endirmək üçün şərait yaratdı” 




Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Bu addımlar vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Həmin tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Milli Məclisin deputatı Tahir Mirkişili "Sherg.az"a danışarkən hökumət üçün ən prioritet məsələnin vətəndaşların maraqları olduğunu deyib:

"ÜST koronavirus xəstəliyini pandemiya elan etdikdən sonra ölkəmizdə çox ciddi, məqsədyönlü və fundamental addımlar atıldı. Görülən tədbirlər ehtimal edilən təsirləri minimuma endirmək üçün şərait yaratdı. Dövlət ilk növbədə vətəndaşların sağlamlığını düşünür. Bununla belə, sosial rifahın qorunması da diqqət mərkəzindədir. Düzdür, əmək müqaviləsi ilə işləyən hər kəsə, o cümlədən muzdlu işçilərə əməkhaqqı verilmişdi. Ancaq işsizlər də var. Hökumət başçısı məhz işsiz təbəqəni nəzərə alaraq 2.5 milyon vətəndaş üçün 600 milyon manat ayırdı. Bu, bir daha göstərdi ki, aparılan siyasət vətəndaşların maraqlarına cavab verir". 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu