Prezidentə etimad: “Vətəndaşlara dəstəyiniz əsl rəhbər qayğısıdır”

 
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Hacıqabuldan Vüsalə İbrahimova yazır:

Möhtərəm cənab Prezident, bu gün ölkəmizdə aparılan inqilabi islahatların ən gözəl nəticələri hiss olunmaqdadır. Ümummilli lider Heydər Əliyev akademiyasının bir nömrəli və möhtəşəm məzunu kimi, Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyiniz ilə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür.
Cənab Prezident, Hacıqabul şəhər sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu