Həkim Prezidentin diqqətindən qürurlanır: “Doğma münasibətiniz bizə kömək oldu”


Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Bakı sakini Əli İbrahimov məktubunda bunları qeyd edir: 

Möhtərəm cənab Prezident, Sizin bu çətin günlərdə pandemiyaya qarşı mükəmməl və konkret qərarlarınız infeksiyanın geniş yayılmasına imkan vermədi.
Görülən tədbirlərin səmərəliliyinin canlı şahidiyəm. Həm də hər gün xəstələrin sayının azalmasının, pasiyentlərin tam sağlam evə yazılmalarının şahidiyəm və bundan qürurlanıram. Sizin tapşırıq və tövsiyyələrinizə əsasən yaradılan şərait, düzgün qurulan iş prosesi bu nailiyyətləri əldə etməyə imkan verib.
Koronavirusla mübarizədə biz həkimlərə yaradılan şəraitə görə ən birinci Sizə minnətdarlıq bildirir, həmçinin bizlərlə çiyin-çiyinə vuruşan polis əməkdaşlarına, bizə xidmət edən heyətə təşəkkür edirəm.
Sizin qayğınız, doğma münasibətiniz bu çətin günlərdə bizə böyük kömək oldu. Allah Sizi qorusun. Çox sağ olun. Azərbaycana və Sizə eşq olsun”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu